Şrift:
Arzu Rəhimov yeni yaradılmış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin olunub
13.02.2012 [23:46] - Xəbərlər
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilərək onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.
«Azərtac»a istinadən verilən məlumata görə, prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb.

Prezident İlham Əliyev həmçinin sərəncamla Arzu Yusif oğlu Rəhimovu Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.

Xatırladaq ki, Arzu Rəhimov bu günədək Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsini tuturdu.
Bu xəbər oxucular tərəfindən 3975 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed