06.03.2016 [00:31] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Dövlət büdcəsindən ayrılan vəsait Qərbi Azərbaycanın ehtiyaclarını təkbaşına ödəyə bilmir.” Bu sözləri Qərbi Azərbaycan valisi Vilayətin İnkişaf və Planlaşdırma Şurasının keçirdiyi iclasda çıxışı zamanı dilə gətirib.
Qurbanəli Səadət bəyan edib ki, “Bu il Qərbi Azərbaycana dövlət büdcəsindən ayrılan vəsaitin həcmi 192 milyard tümən təşkil edir. Gələn il bu rəqəm 252 milyarda qədər yüksələcək. Lakin bütün hallarda Dövlət büdcəsindən ayrılan vəsait Qərbi Azərbaycanın ehtiyaclarını təkbaşına ödəyə bilmir. Ona görə də biz dövlət büdcəsindən daha çox vəsait tələb etməklə yanaşı, Qərbi Azərbaycana sərmayə yatıran iş adamlarını da cəlb etməliyik.”
Q.Səadət dəfələrlə Qərbi Azərbaycan vilayətinə ayrılan vəsaitin azlığından şikayətlənsə də, icra işlərində hərhansı bir problemin olmadığını diqqətə çatdırıb.
Vali iqtisadi vəziyyətin yaxşılaşması üçün bölgədə sərmayə yatırımlarının vacibliyini önə çəkərək vurğulayıb ki, “hazırkı vəziyyətdən çıxmaq üçün Qərbi Azərbaycan vilayətinin mədən sahəsindəki potensial imkanlarına xüsusi diqqət ayrılmalı və bu istiqamətdə sərmayə yatırımına şərait yaradılmalıdır.”

Bu xəbər oxucular tərəfindən 700 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |