Şrift:
Urmu gölünün nə zaman canlandırılacağına dair açıqlama
06.03.2016 [10:37] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmu gölünün bugünkü vəziyyəti və onun canlandırılması ilə bağlı ziddiyyətli xəbərlər yayılmaqda davam edir.

Urmu Gölünü Canlandırma Mərkəzinin rəisi gölün dirçəldilməsi ilə bağlı bildirib ki, “nəzərdə tutulan layihələrin həyata keçirilməsi ilə, Urmu gölünü 10-12 il müddətində canlandırıb və öz ekoloji vəziyyətinə qaytarmaq mümkündür.”

Bu barədə GAMAC təşkilatının rəsmi saytı “İrna” xəbər agentliyinə istinadən xəbər yayıb.

İsa Kəlantəri bildirib ki, “Urmu gölünü canlandırmaq üçün müxtəlif layihələr mövcuddur. Onlardan birincisi kənd təsərüfatı sahələrinin suvarılmasında sudan istifadəyə məhdudiyyətlər tətbiq olunmasıdır. Ona görə ki, gölün suyundan kənd təsərrüfatı sahələrinin suvarılması üçün çoxlu su istifadə olunur və bunun qarşısını almaq üçün kənd təsərüfatı sahələrinin suvarılmasında sudan istifadəyə məhdudiyyətlər tətbiq olunacaq. Belə ki, əkinçilər tərəfindən istifadə olunan suyun həcmi, illik 1 milyard 200 milyon kubmetrə (metr-i mükəəb) qədər azaldılacaq.”

İ.Kəlantərinin sözlərinə görə, “gölün canlandırılması üçün, saflaşdırılmış kanalizasiya (fazlab) sularının gölə axıdılması, həmçinin Zab və Zərinerud kimi çaylardan Urmu gölünə böyük həcmdə suyun axıdılması, nəzərdə tutulan planlar arasındadır.

Urmu Gölünü Canlandırma Mərkəzinin rəisi yağıntıların artacağına ümid etdiyini də bildirib. O bəyan edib ki, “təbii yağıntılar nəticəsində hər il Urmu gölünə 4 milyard kubmetr həcmində su əlavə olarsa, göl 10-12 ilə qədər öz ekoloji vəziyyətinə qayıdar.”

Qeyd edək ki, uzun illərdir Urmu gölü böhranından əziyyət çəkən Güney Azərbaycan əhalisi İran rəsmilərinin gölün vəziyyəti ilə bağlı verdikləri açıqlamalara etibar etmir. Buna səbəb ölkə rəsmiləri, hətta prezident Həsən Ruhaninin Urmu gölü ilə əlaqədar verdikləri yalan vədlər, gölün nicatı ilə bağlı əməli işlərin görülməməsi və ziddiyyətli açıqlamaların yayılmasıdır.
Bu xəbər oxucular tərəfindən 699 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed