Şrift:
Xamneyinin Meşkinşəhr “Sepah”ındakı nümayəndəliyinin məsulu Suriyada öldürülüb
06.03.2016 [10:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın dini lideri Əli Xamneyinin Meşkinşəhr “Sepah”ındakı nümayəndəliyinin məsulu, axund Abdullah Rzayi Suriyada gedən döyüşlərdə həlak olub.
“GAMAC” təşkilatının yaydığı məlumata əsasən, Bəşər Əsəd rejiminə dəstək məqsədilə Suriyaya göndərilmiş “Sepah”çı axund Abdullah Rzayi, bu ölkənin Hələb şəhəri yaxınlığında Əsəd hökumətinə müxalif qüvvələr tərəfindən öldürülüb. Onun Suriyaya nə vaxt göndərildiyi, konkret nə zaman həlak olduğu və meyitinin ölkəyə gətirilib-gətirilmədiyi barədə hər hansı bir məlumat yayılmayıb.

İran İslam Respublikası Bəşər Əsəd rejiminin əsas himayədarlarından biri sayılır. Son aylarda Suriya hökumətinə dəstək məqsədilə bu ölkəyə göndərilmiş yüzlərlə “Sepah”çı, Əsəd rejiminə müxalif qüvvələr tərəfindən öldürülüb. Öldürülənlər arasında “Sepah”ın onlarla komandiri də var.
Bu xəbər oxucular tərəfindən 616 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed