Şrift:
Azərbaycanlı fəal Mənsur Fəthi, Baharistan inqilab məhkəməsinə çağırılıb
07.03.2016 [10:55] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda Azərbaycan türkcəsinin tanınması uğrunda dinc mübarizə aparan fəal Mənsur Fəthi, Baharistan inqilab məhkəməsinə çağırılıb.
Azərbaycanlı fəala göndərilən çağırış vərəqəsində bildirilir ki, o, əvvəlki həbsi ilə bağlı bir sıra ifadələr vermək və axırıncı dəfə özünü müdafiə etmək üçün martın 10-da (isfəndin 20-də) Baharistan inqilab məhkəməsinə gəlməlidir.

Qeyd edək ki, fəal Mənsur Fəthi 2014-cü ildə 21 fevral Beynəlxalq Ana Dili Günü münasibətilə Baharistanın Nəsimşəhr məntəqəsində keçirilən mərasimə qatıldığına görə tutulmuşdu. O, Tehranın Evin zindanında 1 ay həbsdə saxlanıldıqdan sonra 50 milyon tümənlik mülk girovu qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdı.
Bu xəbər oxucular tərəfindən 802 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed