Şrift:
Azərbaycanda müdafiə sənayesi məhsullarının istehsal həcmi açıqlandı
07.03.2016 [10:56] - Gündəm, İqtisadiyyat
2015-ci ildə Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal olunan məhsulların ümumi həcmi 274,5 milyon manat təşkil edib. Bu barədə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabat”ında bildirilir.

Hesabatda qeyd olunur ki, bu rəqəm 2007-ci illə müqayisədə 6,7, 2010-cu illə müqayisədə isə 3,1 dəfə çoxdur.

İstehsal olunan məhsulların tərkibində müdafiə təyinatlı məhsullar 104,0 milyon manat (37,9 faiz), xüsusi təyinatlı, təcrübi-konstruktor işləri və s. 131,0 milyon (47,7 faiz), mülki təyinatlı məhsullar isə 39,5 milyon manat (14,4 faiz) təşkil edib.
Bu xəbər oxucular tərəfindən 700 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed