Şrift:
Sina İrşadi Meşginşəhr məhkəməsinə çağırılıb
07.03.2016 [11:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Meşginşəhr məhkəməsi azərbaycanlı milli-mədəni fəal Sina İrşadiyə çağırış vərəqəsi göndərib.
Azərbaycanlı fəal martın 6-da (isfəndin 16-da) Meşginşəhr məhkəməsinə müraciət etməlidir.

Çağırış vərəqəsində, fəalın Polis İdarəsinin raportu ilə bağlı məhkəməyə çağırıldığı qeyd olunub.

Xatırladaq ki, adını çəkdiyimiz fəal bundan öncə də mədəni fəaliyyətlərinə görə dəfələrlə təhlükəsizlik qüvvələri saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb. O son dəfə ötən noyabr (aban) ayında irqçiliyə qarşı keçirilən etiraz aksiyasında saxlanmışdır.
Bu xəbər oxucular tərəfindən 563 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed