Şrift:
İsrail İranı günahlandırır
11.03.2016 [11:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İsrail rəsmi Tehranı nüvə silahının çatdırılması vasitələrini hazırlamaqda günahlandırıb və beynəlxalq aləmi İranın raket proqramının dayandırılmasına nail olmağa çağırıb. RİA Novosti-nin verdiyi məlumata görə, bu barədə İsrail Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

İsrail bu günlərdə İranda keçirilmış ballistik raketlərin ikinci sınaqlarını pisləyir. XİN hesab edir ki, sınaqlar BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini kobud surətdə pozur və İsrailə qarşı yönəlmiş addımdır.

Xatırladaq ki, üç gün öncə İranın Hərbi Hava Qüvvələri (HHQ) yerli istehsallı yeni nəsil iki ballistik raketin ikinci sınaqlarını keçirib.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) HHQ-nin komandanı, general Əmir Əli Hacızadə bəyan edib ki, ölkəsi hec bir halda raket proqramını dayandırmaq niyyətində deyil. O deyib ki, "Sepah" heç vaxt BMT Təhlükəsizlik Şurasının İranda raket istehsalına dair qətnamələri ilə razılaşmayıb: "Biz hər zaman ölkəmizi istənilən təcavüzkardan qorumağa hazırıq. İran Yəmən, İraq və ya Suriyaya çevrilməyəcək".

ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi isə bəyan edib ki, keçirilən sınaqlar İranın nüvə proqramı ilə bağlı əldə edilmiş razılaşmanı pozmur, lakin BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə ziddir.
Bu xəbər oxucular tərəfindən 722 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed