Şrift:
Suriyada “Sepah”ın daha bir komandiri öldürülüb
11.03.2016 [11:33] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) komandiri, Həsənəli Şəmsabadi Suriyada gedən döyüşlərdə həlak olub.
Bəşər Əsəd hökumətinə dəstək məqsədilə iki həftə əvvəl Suriyaya göndərilmiş “Sepah” komandiri Həsənəli Şəmasbadi, martın 8-də Suriyanın Hələb şəhəri yaxınlığında Əsəd rejiminə müxalif qüvvələr tərəfindən öldürülüb. Meyiti ölkəyə gətirilən “Sepah”çı martın 10-da İranın Rəzəvi Xorasan əyalətində, Cəvin şəhəri yaxınlığındakı “Şəmsabad” kəndində dəfn edilib.

İran İslam Respublikası Bəşər Əsəd rejiminin əsas himayədarlarından biri sayılır. Son aylarda Suriya hökumətinə dəstək məqsədilə bu ölkəyə göndərilmiş yüzlərlə “Sepah”çı, Əsəd rejiminin müxalifləri tərəfindən öldürülüb. Öldürülənlər arasında “Sepah”ın onlarla komandiri də var.
Bu xəbər oxucular tərəfindən 513 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed