Şrift:
8 azərbaycanlı fəalın məhkəmə iclası təxirə salınıb
11.03.2016 [11:37] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Martın 10-da (isfəndin 20-də) Baharistanın İnqilab Məhkəməsi 8 azərbaycanlı fəalın məhkəmə iclasını təxirə salıb.
Əldə etdiyimiz məlumata görə, Əkbər Azad, Əlirza Fərşi Behnam Şeyxi, Həmid Mənafi Nəzərlu, Rüstəm Kazimpur, Mənsur Fətsi və Əziz Fərşi yerli vaxtla saat 8:00-da Baharistanın İnqilab Məhkəməsinə müraciət ediblər. Lakin məhkəmə iclası, Mahmud Ocaqlunun hazır olmadığına görə təxirə salınıb. Məlumata görə, Məhkəmə iclasının keçiriləcəyi vaxt yaxın günlərdə elan olunacaq.

Qeyd edək ki, adını çəkdiyimiz fəalların dosyesi 2014-cü il fevralın 21-də (1392-ci il isfəndin 2-də) Nəsimşəhrdə keçirilən Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etmələri ilə bağlıdır.
Bu xəbər oxucular tərəfindən 531 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed