Şrift:
Azərbaycanlı sənətkar Yaşar Azəroğlu saxlanılıb
11.03.2016 [11:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda azərbaycanlı fəallar, o cümlədən fəal sənətkarlara qarşı təzyiqlər artır.

Əldə etdiyimiz məlumata görə, məşhur azərbaycanlı sənətkar Yaşar Azəroğlu İrann təhlükəsizlik qüvvələri tərəfindən tutulub. O Təbriz şəhərində yaşadığı evdə yaxalanıb.

Məlumata görə, təhlüəsizlik qüvvələri məşhur sənətkarın evinə hücum edib, heç bir səbəb göstərmədən onu yaxalayıb və özləri ilə naməlum istiqamətə aparıblar.

Qeyd edək ki, Y.Azəroğlu xalçaçılıq və tablo çəkmək üzrə tanınmış sənətkardan biridir. O mədəni fəaliyyətlərinə görə bundan öncə də təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.
Bu xəbər oxucular tərəfindən 615 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed