Şrift:
Təbriz Şəhər Şurasının saxlanılan üzvünün ittihamı açıqlanıb
12.03.2016 [10:51] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məlumat verdiyimiz kimi, Təbriz Bələdiyyəsi və Şəhər Şurasında ən azı 2 vəzifəli şəxsin saxlanıldığı barədə xəbər yayılıb. Artıq saxlanılan şəxslərdən birinin nədə ittiham olunduğu da məlum olub.
Ədliyyə Nazirliyi Şərqi Azərbaycan Şöbəsinin rəisi, Təbriz Şəhər Şurası üzvünün saxlandığı barədə yayılan xəbəri təsdiq edərək, onun rüşvət almaq və sözləşmədə ittiham olunduğunu açıqlayıb.

Hikmətəli Müzəffəri bildirib ki, “müttəhim Bələdiyyə işçilərinin bəzilərindən rüşvət alaraq, onlara Bələdiyyə İdarəsinin müəyyən postlarına təyin olunacaqlarını bildirib. O həmçinin işçilərlə sözləşərək onların təkliflərini həyata keçirməyə çalışıb.”

H.Müzəffəri öz açıqlamasında Şəhər Şurası üzvünün mənimsəmə işlərində ittiham olunmadığını da diqqətə çatdırıb.

Xatıərladaq ki, ötən günlərdə bəzi kütləvi informasiya vasitələri, xüsusi ilə də sosial şəbəkələrdə Təbriz Bələdiyyəsi və Şəhər Şurasında bir neçə vəzifəli şəxsin tutulduğu barədə məlumat yayılıb. Təbriz Valiliyi isə Bələdiyyə İdarəsi məsullarından yalnız biri və Şura üzvlərindən də birinin tutulduğunu rəsmən təsdiqləyib.
Bu xəbər oxucular tərəfindən 811 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed