Şrift:
Türk yatırımçılar Əhərdə külək enerjisi istehsalı sahəsinə sərmayə qoyacaq
16.03.2016 [10:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Türkiyəli yatırımçılar Əhərdə külək enerjisi istehsalı sahəsinə sərmayə qoyacaq”. İran mətbuatının yaydığı məlumata görə, bunu bazar ərtəsi günü Əhər İdarə Şurasının iclasında bu şəhərin İcra Hakimiyyətinin başçısı (fərmandar) Seyid Məhəmməd Abidi deyib.
Onun sözlərinə görə, “türk yatırımçılar Sambran gədiyində külək enerjisi sahəsinə 1 milyard dollar sərmayə yatıracaq. Onlar külək enerjisindən 400 meqavat elektrik enerjisi istehsal etməyi planlaşdırılır.”

S.M.Abidi daxili və xarici yatırımçıların Əhər şəhərinə sərmayə yatırmağa meyilli olduqlarını bildirərək qeyd edib ki, “bu istiqamətdə yeni infrastruktur layihələri həyata keçirilir və yatırımçılara lazımi şərait yaradılır. Ümid edirik ki, səlahiyyətli orqanlar da vəziyyəti düzgün dəyərləndirib və buz zəmində müvafiq addımlar atacaqlar.”

Qeyd edək ki, İrana qarşı iqtisadi sanksiyaların götürülməsindən sonra bir sıra xarici yatırımçılar İrana üz tutub. Onların arasında türk yatırımçıların sayı da kifayət qədərdir. Güney Azərbaycan əhalisi isə türk yatırımçıların məhz Azərbaycan bölgələrinə sərmayə yatırmasında maraqlıdır.
Bu xəbər oxucular tərəfindən 597 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed