Şrift:
Azərbaycanda əsgərin intiharına səbəb olan hərbçilər cəzalandırıldı
15.02.2012 [00:52] - Hüquq
Hərbi hissənin komandiri işdən azad edilib

Azərbaycanda əsgər intiharı ilə bağlı araşdırma aparılıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Davam.az-a verilən məlumata görə, fevralın 4-də Ağdam rayonunda yerləşən N saylı hərbi hissənin əsgəri Mehman Əmiraslan oğlu Əmiraslanovun özünə qəsd etməsi ilə bağlı araşdırma aparılıb və məsuliyyət daşıyanlar cəzalandırılıb.

Müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin əmri ilə hərbi hissənin komandiri, mayor Etibar İsabala oğlu Əhmədov xidməti vəzifəsini dürüst və layiqincə yerinə yetirmədiyinə və buraxdığı digər nöqsanlara görə tutduğu vəzifədən azad olunub. Hərbi hissənin qərargah rəisi polkovnik-leytenant Vüqar Yadigar oğlu Məcidovun barəsində isə intizam qaydasında ciddi ölçü götürülüb. Qanunsuz hərəkətlərə yol verdiyinə görə bölük komandiri baş leytenant Nihad Nizami oğlu Babayev da tutduğu vəzifədən kənarlaşdırılıb. Onun barəsində cinayət işi başlanılaraq həbs edilib.
Bu xəbər oxucular tərəfindən 1280 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed