Şrift:
Azərbaycan Parlamentinin işçi qrupu Xocalı soyqırımının tanınması üçün Türkiyə Böyük Millət Məclisinə müraciət edib
15.02.2012 [09:39] - Xəbərlər
Milli Məclisin Türkiyə üzrə işçi qrupu Xocalı soyqırımının tanınması üçün Türkiyə Böyük Millət Məclisinə (TBMM) müraciət edib. Bu barədə çərşənbə axşamı jurnalistlərə işçi qrupunun üzvü Qənirə Paşayeva bildirib.
O qeyd edib ki, artıq müraciət TBMM-ə göndərilib.
Paşayevanın sözləruinə görə, müraciətdə Ermənistanın törətdiyi vandalizim aktları, o cümlədən Xocalı soyqırımı haqqında məlumatlar öz əksini tapıb.
"Orada qeyd etmişik ki, Azərbaycan bütün dünyada Xocalı soyqırımının tanınması, buna siyasi-hüququ qiymət verilməsi istiqamətində addımlar atır. Bu yaxındalrda isə Meksika Konqresi, Pakistan Senatı Xocalı soyqırımı haqqında sənəd qəbul edib, qətliamı tanıyıb və onu kəskin formada pisləyib. Ona görə də qardaş ölkə olan Türkiyə Böyük Millət Məclisindəki qardaş-bacılarımızdan Xocalı soyqırımının 20 illiyi ərəfəsində parlamentdə bu soyqırım haqqında müzakirələrin keçirilməsi və hüququ qərar qəbul edilməsi xahiş olunur", - o bildirib.

Millət vəkili hesab edir ki, Türkiyə parlamentinin qəbul edəcəyi qərar bütün dünyada Xocalı soyqırımının tanınması, hüquqi-siyasi qiymət verilməsi sahəsində Azərbaycana çox böyük və mühüm dəstək olardı. "İndi biz gözləyirik və ümid edirik ki, müraciətimizə Türkiyə parlamentində baxılacaq və Xocalı soyqırımı haqqında qərar qəbul olunacaq", - Paşayeva deyib.
Bu xəbər oxucular tərəfindən 643 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed