Şrift:
“Azərbaycan Həmkarlar İttifaqlarının həyatından bəhs edən ən yaxşı yazı və teleradio reportajı” müsabiqəsinin qalibləri mükafatlandırılıb
15.02.2012 [15:59] - Xəbərlər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) elan etdiyi “Azərbaycan Həmkarlar İttifaqlarının həyatından bəhs edən ən yaxşı yazı, teleradio reportajı” respublika müsabiqəsinin yekunlarına həsr olunan tədbir keçirilib. Müsabiqənin əhəmiyyəti haqqında danışan AHİK sədri Səttar Mehbalıyev deyib ki, müsabiqəyə 70 məqalə və videosüjet təqdim olunub, bu materialların 29-u 1-ci, 2-ci, 3-cü və həvəsləndirici mükafatlara layiq görülüb.

S. Mehbalıyev bildirib ki, müsabiqəni keçirməkdə məqsəd jurnalistlər arasında həmkarlar ittifaqının fəaliyyəti ilə bağlı biliklərin artırılmasıdır: “Çünki istər-istəməz məqalələrin yazılması prosesi zamanı jurnalistlər bizim qurumun və həmkarlar ittifaqının tarixi və fəaliyyəti haqqında bilgi toplayırlar. Yazıları təhlil edərkən məlum oldu ki, doğrudan da məqalələrdə həmkarlar ittifaqlarının fəaliyyəti və qanunvericilik bazasına əhəmiyyətli şəkildə toxunulub. Belə müsabiqələri tez-tez keçirmək istəyirik”.

Sonra birinci yerə layiq görülən 3 nəfərin hər biri 1000 manat, ikinci yerə layiq görülən 8 nəfərin hər biri 500 manat, üçüncü yerə layiq görülən 10 nəfərin hər biri 300 manat pul və fəxri diplomla mükafatlandırılıb. Yazıları təqdirəlayiq olan 8 müəllifə isə həvəsləndirici mükafat olaraq 200 manat təqdim olunub. Müsabiqənin qalibləri arasında APA-nın əməkdaşı da var.
Bu xəbər oxucular tərəfindən 880 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed