Şrift:
Bakıda zəncirvari qəza baş verib, 20-dək maşın toqquşub
16.02.2012 [10:21] - Hadisə
Hadisə şahidlərinin verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Yasamal rayonu ərazisində Xarici Dairəvi Yolda qeydə alınıb. Qəza zamanı 20-yə yaxın avtomobil bir-birinə dəyib. Nəticədə xəsarət alan olmasa da, bir-neçə avtomobilə ciddi ziyan dəyib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, hadisəyə yolun buz bağlaması səbəb olub. Nəticədə 5-6 maşına ziyan dəyib.
Bu xəbər oxucular tərəfindən 1544 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed