Şrift:
Qanunsuz dini icma ifşa olunub
16.02.2012 [10:30] - Xəbərlər
Sumqayıt şəhərində rəsmi qeydiyyatdan keçməyən dini icmanın təşkil etdiyi yığıncaq aşkarlanıb.

Davam.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və Sumqayıt şəhər Polis İdarəsi əməkdaşları tərəfindən fevralın 13-də Sumqayıt şəhər sakini Fazil Allahverdiyevə məxsus mebel sexində onun və Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçisi, Bakı şəhər sakini Əlimədət Kazımovun rəsmi qeydiyyatdan keçmədən 10 nəfərlə dini yığıncaq təşkil etmələri müəyyən edilib.
Onlar Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə gətiriliblər. Onlardan 10 nəfərinə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıb, F. Allahverdiyev, Ə. Kazımov barəsində isə İnzibati Xətalar Məcəlləsinin 299-cu (Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması) maddəsi ilə sənədləşdirmə aparılıb və tədbir görülməsi üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilib.
Bu xəbər oxucular tərəfindən 975 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed