Şrift:
Yeni tamaşa, ağrılı mövzu, fərqli rejissor həlli.
08.04.2016 [10:05] - Gündəm, Afişa, Mədəniyyət
Bakı Uşaq Teatrında Gənclər və İdman Nazirliyinin sifarişi ilə Arzu Soltanın qələmə aldığı, İntiqam Soltanın quruluş verdiyi “Günahsız Günahkarlar” tamaşası Sağlam həyat tərzinin təbliği layihəsi çərçivəsində artıq 3 universitetdə - Bakı Dövlət Universitetində, Azərbaycan Pedaqoji Universitetində, Slavyan Universitetində nümayiş olunub. Tamaşadan əvvəl Gənclər və İdman Nazirliyinin nümayəndəsi F.Qurbanzadə , teatrın direktoru, bədii rəhbəri, tamaşanın rejissoru İntiqam Soltan, ssenarist Arzu Soltan tamaşaçılar qarşısında çıxış etmişlər. Pedaqoji Universitetin prorektoru Fikrət Rzayev tamaşadan əvvəl çıxış edərək təşəkkürünü bildirdi. Bakı Uşaq Teatrının hər zaman apardığı maarifləndirmə işini n təqdirəlayiq olduğunu qeyd etdi. “Hərə öz səngərində döyüşməyi bacarmalıdı” prinsipinə əsaslanan teatrın direktoru, bədii rəhbəri, tamaşanın rejissoru İntiqam Soltanın təklifi ilə hər 3 universitetdə də tamaşadan əvvəl Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla anıldı.
Tamaşa kafedə “Mafiya” oyunu ilə başlayır. Oyunun aparıcısı Qızılgül həm də kafenin sahibidir. Tamaşa boyu hadisələr oyun içərisində cərəyan edir. Oyunda mafiyalar tərəfindən birinci vurulan Qurban həyatda da mafiyanın toruna düşür. “Yaxşı iş” adıyla xaricə aparılaraq , pulsuz- parasız , ağır işlərdə işlədilir, sənədləri əlindən alınır. O, mafiyanın qurbanına çevrilir.
Vətəndaş olaraq oyundan çıxarılan ikinci oyunçu isə Songüldür. O mafiyanın əli ilə xaricə aparılaraq insan alverinin qurbanına çevrilir. Üçüncü vətəndaş Şikar isə orqan transplantasiyasının qurbanı olur. Qızı xəstə olduğundan müalicə üçün lazım olan məbləği əldə etmək üçün böyrəyini satmağa məcbur olan şikar aldadılaraq atılır.
Bütün bu hadisələrin baş verdiyi kafedə işləyən Xidmətçinin övladı da belə oyunların güdazına getmişdir. Xidmətçinin təkidi ilə Qızılgül başına gələn hadisələri oyunçulara danışır.İnsan alverinin qurbanı olan Qızılgül başına gələn oyunlara görə bütün insanlardan intiqam almağıqarşısına məqsəd qoymuşdur. Sonda əsərin ideya daşıyıcısı olan Xidmətçi görünməyən qüvvələr tərəfindən vurulur. Əsərdə qlobal problem olan insan alverinə qarşı maariflənmə mübarizə forması kimi qabardılır.
Böyüklər üçün nəzərdə tutulan tamaşanın müddəti 1 saat 10 dəqiqədir.
Rolları Bakı Uşaq Teatrının aktyorları ifa edirlər. Əsərin müəllifi Arzu Soltan, tamaşanın quruluşçu rejissoru İntiqam Soltan, rəssam Sevda Məmmədova, bəstəkar Mahir İbrahim, rәqslәrin quruluşçusu Könül Şahbazovadır.
Yeni tamaşa, ağrılı mövzu, fərqli rejissor həlli.

Yeni tamaşa, ağrılı mövzu, fərqli rejissor həlli.

Yeni tamaşa, ağrılı mövzu, fərqli rejissor həlli.

Yeni tamaşa, ağrılı mövzu, fərqli rejissor həlli.


Bu xəbər oxucular tərəfindən 1278 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed