Şrift:
Azərbaycan G20 görüşündə ilk dəfə təmsil olunacaq
16.02.2012 [16:40] - Xəbərlər
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Meksikada G20-nin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək. Bu barədə jurnalistlərə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.
Onun sözlərinə görə, Azərbaycan G20-yə dəvət olunan on ölkədən biridir.
"Azərbaycanın bu görüşə dəvət olunması ölkənin artan nüfuzunun göstəricisi və onun xarici siyasətinin uğurudur", - Abdullayev deyib.
Fevralın 24-26-da G20 ölkələri maliyyə nazirləri və Mərkəzi bank rəhbərlərinin görüşündə Beynəlxalq Valyuta Fondunun (BVF) kapitalının artırılması imkanları müzakirə olunacaq. Bu barədə çərşənbə günü Meksikanın xüsusi nümayəndəsi Roberto Marino məlumat verib.

2012-ci ildə G20-yə Meksika sədrlik edir.
Bu xəbər oxucular tərəfindən 892 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed