Şrift:
ABŞ KONQRESMENİ XOCALI ÇAĞIRIŞI ETDİ
17.02.2012 [12:20] - Xəbərlər
ABŞ konqresmeni, demokrat Stiv Koen Nümayəndələr Palatasında Xocalı qırğınının 20-ci ildönümünü anan bəyanatla çıxış edib. O deyib ki, faciənin ildönümü Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərin artırılması zərurətini xatırladır. Stiv Koen Minsk qrupunun həmsədri olan ölkəsini münaqişənin nizamlanması ilə ciddi məşğul olmağa çağırıb.

Stiv Koen Konqresdəki həmkarlarını Azərbaycandakı dostlarla birlikdə Xocalı faciəsini anmağa səsləyib: “1992-ci il fevralın 25-26-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində erməni silahlı qüvvələri Azərbaycan mənşəli mülki vətəndaşlara qarşı ən böyük qırğın törədib. Yeddi min əhalisi olan Xocalı şəhəri tamamilə yerlə-yeksan edilib, 106-sı qadın, 83-ü uşaq olmaqla 613 nəfər qətlə yetirilib”.

Konqresmen ermənilərin qadın, uşaq və yaşlı insanlara qarşı istifadə etdiyi zorakılıq və işgəncələri “təsviredilməz” adlandırıb.
AzərTAC
Bu xəbər oxucular tərəfindən 745 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed