Şrift:
Allahşükür Paşazadə: Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə hazırdır
13.04.2016 [11:41] - Gündəm, İslam dini
"Azərbaycanın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm və onlara başsağlığı verirəm. İnanıram ki, şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq".

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə QMİ-də şəhidlərimizin xatirəsinə hərs olunan tədbirdə deyib.

A.Paşazadə bildirib: "Son hadisələr göstərdi ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə hazırdır: "Biz çətin dövrlərdən çox keçmişik. Bu gün insanlarda bir Vətən ruhu, sevgisi var. Azərbaycan həm daxildən, həm də xaricdən tam dəstəklənir. Bu dövlətin apardığı siyasətin nəticəsidir. Biz inanırıq ki, torpaqlarımız işğaldan azad olunacaq. Bütün dünya bilir ki, bu torpaqlar Azərbaycanın torpaqlarıdır".

A.Paşazadə qeyd edib ki, əgər Ali Baş Komandan əmr etsə, Azərbaycan məsələni hərbi yolla həll etməyə qadirdir: "Biz şəhidlərimizi heç vaxt yaddan çıxartmamalıyıq. İnanıram ki, qələbə bizimdir və biz bunu qazanacağıq".
Bu xəbər oxucular tərəfindən 668 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed