Şrift:
Azərbaycanda məhkəmə proseslərini internet vasitəsilə izləmək mümkün olacaq
17.02.2012 [21:27] - Xəbərlər
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Əli Hüseynli bildirib ki, hazırda məhkəmələrin fəaliyyətində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı Dünya Bankı tərəfindən maliyyələşdirilən layihə həyata keçirilir.
Hüseynlinin sözlərinə görə, bir müddət əvvəl istifadəyə verilmiş Oğuz rayon məhkəməsində belə bir texnologiya quraşdırılıb. Bu texnologiyaların digər məhkəmə binalarında quraşdırılması da nəzərdə tutulub.
Bu prorses yekunlaşandan sonra hər bir vətəndaş internet vasitəsilə məhkəmə proseslərini izləyə biləcək.
Qeyd edək ki, bir müddət əvvəl Rusiyada məhkəmələrin fəaliyyətində obyektivliyi və şəffaflığı təmin etmək üçün məhkəmə proseslərinin internet vasitəsilə yayımlanması təklif olunub.
Bu xəbər oxucular tərəfindən 730 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed