Şrift:
Şagirdlər hərbi məktəbə ekskursiya ediblər
19.04.2016 [10:21] - Gündəm, Sosial, Gənclik
Bakının 72 nömrəli tam orta məktəbinin IX və X sinif şagirdlərinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə ekskursiyası təşkil olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, şagirdlər "İbtidai hərbi hazırlıq" fənni üzrə dərslərdə aldıqları biliklərin təkmilləşdirilməsi məqsədilə hərbi məktəbin kafedralarındakı tədris, maddi-texniki və digər hərbi təyinatlı vasitələrlə yaxından tanış olublar.

Burada şagirdlərə Azərbaycan Ali Hərbi Məktəbinin fəaliyyəti, hərbi kafedralarda döyüş texnikası, atıcı silahlar, onlardan istifadə qaydaları və s. haqqında məlumat verilib.
Bu xəbər oxucular tərəfindən 896 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed