Şrift:
Türk-müsəlman əhaliyə qarşı soyqırımları tarixi mənbələrdə
19.04.2016 [10:16] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Azərbaycan Universitetində bu ali məktəbin, Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Türkiyənin Anadolu Universitetinin, “Gənclərin Elmi Araşdırmalarına Dəstək” (GEAD) İctimai Birliyinin (İB) və “Səs” Media Qrupunun birgə təşkilatçılığı ilə, ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü və hakimiyyətə qayıdışının 23-cü ildönümlərinə həsr olunan “Türk-müsəlman əhaliyə qarşı soyqırımları tarixi mənbələrdə” mövzusunda üçüncü beynəlxalq elmi konfrans keçirilib.

Əvvəlcə iştirakçılar universitetin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər.

Tədbirdə Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov, Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, GEAD İB-nin sədri Məmmədəli Babaşlı, Milli Məclisin deputatı Aydın Mirzəzadə və digər çıxış edənlər türk-müsəlman əhaliyə qarşı törədilən soyqırımlarından və erməni işğalçılarının məkrli planlarından danışıblar.

Bildirilib ki, ermənilər tarix boyu türklərə və xalqımıza qarşı düşmənçilik və soyqırımı siyasəti həyata keçiriblər.

Natiqlər soyqırımlarla bağlı görülən işlərdən söz açıb, türk-müsəlman əhalisinə qarşı törədilən bu hadisələrin öyrənilməsinin və bununla bağlı sistemın yaradılmasının vacibliyini vurğulayıblar.
Bu xəbər oxucular tərəfindən 1008 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed