Şrift:
Bakıda yollar buz bağlayacaq, güclü şimal küləyi əsəcək
18.02.2012 [13:09] - Xəbərlər
Hava şəraiti ilə əlaqədar fevralın 19-dan 20-nə keçən gecə və səhər Bakı və Abşeron yarımadasında yolların yenidən buz bağlayacağı, güclü şimal küləyinin əsəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən şənbə günü verilən məlumata görə, fevralın 18-i axşamdan 21-dək Bakıda və Abşeron yarımadasında fasilələrlə yağıntılı olacağı, yağıntının sulu qara, qara keçəcəyi gözlənilir. Fevralın 19-20-də şimal küləyinin sürəti saniyədə 18-20 metr olacaq, arabir 23-28 metrədək güclənəcək. Temperaturun ötən günlərə nisbətən 3-5 dərəcə aşağı enəcək.
Fevralın 19-da Bakıda və Abşeron yarımadasında havanın Arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək.
Havanın temperaturu gecə və gündüz 1-4 dərəcə isti, axşama doğru 0 dərəcəyə yaxın olacağı gözlənilir.
Azərbaycanın rayonlarında fevralın 19-da havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 0-4 dərəcə şaxta olacaq.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 11-16 dərəcə şaxta olacağı gözlənilir.
Bu xəbər oxucular tərəfindən 1182 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed