Şrift:
Zəncan: Məhəmmədrza Arifin çıxış etdiyi mərasimdə ana dildə təhsil tələbi irəli sürüldü (foto)
26.04.2016 [11:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanda əhali hər bir fürsətdə milli və demokratik hüquqlarını tələb edir.
Son məlumata görə, tanınmış islahatçı doktor Məhəmmədrza Arif Zəncan əyalətinin Qeydar şəhərində soydaşlarımızın qarşısında çıxış edib. Seçkilər mövzusuna həsr olunan mərasimdə soydaşlarımız milli hüquqların təmini ilə bağlı müxtəlif suallar səsləndiriblər. Onlar əllərində plakatlar tutaraq ana dildə təhsilin olmamasına kəskin etiraz ediblər. Mərasimi əks etdirən şəkillərdə üzərində “biz ana dildə təhsil tələb edirik”, “etniklərin hüququ təmin olunsun” və s. kimi şüarlar yazılmış plakatlar görünür.
Zəncan: Məhəmmədrza Arifin çıxış etdiyi mərasimdə ana dildə təhsil tələbi irəli sürüldü (foto)

Zəncan: Məhəmmədrza Arifin çıxış etdiyi mərasimdə ana dildə təhsil tələbi irəli sürüldü (foto)


Doktor Arif Anayasanın 15-ci əslinin icrasına çalışdıqlarını xüsusi diqqətə çatdırıb. Onun bu sözləri tədbir iştirakçıları tərəfindən alqışlanıb.

Qeyd edək ki, İranda 30 milyondan çox Azərbaycan türkü ən ibtidai hüquqlarından, o cümlədən ana dildə təhsil almaq hüququndan məhrumdur. İran bu siyasətini bütün beynəlxalq hüquq normalarına zidd olduğu halda, hələ də davam etdirir.
Bu xəbər oxucular tərəfindən 658 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed