Şrift:
Təbriz zindanında Məhəmməd Cərrahinin sağlamlıq durumuna laqeyd yanaşılır
29.04.2016 [12:15] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin mərkəzi zindanının yetkililəri əmək fəalı Məhəmməd Cərrahinin sağlamlıq durumuna məsuliyyətsiz və laqeyd yanaşır.
“Herana” xəbər agentliyinin yaydığı məlumata görə, müxtəlif xəstəliklərdən əziyyət çəkən məhbusa zindan poliklinikasının həkimləri tərəfindən yetəri qədər diqqət göstərilmir. Zindan yetkililəri isə məhbusun şəhər xəstəxanalarının birində müalicə almasına icazə vermir.

Bu barədə məhbusun yaxınlarından biri “Herana” xəbər agentliyinin müxbirinə danışıb. “Məhəmməd Cərrahi qanda yağ və şəkər səviyyəsinin yüksək olması, qan təzyiqi və boyun ağrısından əziyyət çəkir. Ona zindanın poliklinikasında yalnız sadə dava-dərman verilir və onların da bu günə qədər heç bir müsbət təsiri olmayıb”- deyə məhbusa yaxın şəxs qeyd edib.

Dörd ildir müxtəlif xəstəliklərdən əziyyət çəkən məhbus həkimlərin dediyinə görə şəhər xəstəxanalarının birində ciddi müalicə almalıdır, lakin zindan yetkililəri buna imkan vermir.

Xatırladaq ki, M.Cərrahi qondarma ittihamlarla 5 il azadlıqdan məhrum edilib. O hazırda Təbrizin mərkəzi zindanında həbs müddətinin son aylarını yaşayır.
Bu xəbər oxucular tərəfindən 514 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed