Şrift:
Urmiya zindanında ölüm hökmünün icrasını gözləyən 100-ə yaxın məhbus “Hüseyniyyə”yə çağırılıb
29.04.2016 [12:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya zindanında saxlanılan, qətldə günahlandırılaraq edama məhkum edilən 100-ə yaxın məhbus, son günlərdə həbsxananın “Hüseyniyyə” salonuna çağırılıb.
İrandakı insan haqları müdafiəçilərinin bildirdiyinə görə, “Hüseyniyyə”yə gələn Urmiya zindanının məsulları, edama məhkum edilən və 5 ildən az həbsdə saxlanılan məhbuslardan, onlardan şikayətçi olanların adlarını və ünvanlarını tələb ediblər.

Zindan rəsmilərindən biri üzünü məhbuslara tutaraq deyib ki, həbsxana artıq dolub və zindana gətirilən təzə məhbusları yerləşdirmək üçün, ölüm hökmünü almış məhbusların durumu qısa bir zamanda təyin edilməlidir: “Sizin taleyiniz qarşıdan gələn 3 ay ərzində müəyyənləşdirilməlidir. Özünüz də bildiyiniz kimi sizlər qisasa məhkum olunmusunuz. Biz isə sizdən şikayətçi olan ailələrdən istəyəcəyik ki, sizin qisas olunub-olmayacağınız barədə ən uzağı 3 ay ərzində qərarlarını versinlər. Əgər onlar sizin qisas olmağınızı istəsələr, biz sizi edam edəcəyik. Yox, əgər yenə qərar qəbul etməkdə tərəddüd etsələr, biz sizi mülk girovu qarşılığında müvəqqəti olaraq azadlığa buraxacağıq. Çünnki zindanda boş yer qalmayıb”.

Bildirilir ki, Urmiya zindanının rəhbərliyinin bu hərəkəti həbsdə saxlanılan məhbus ailələrinin ciddi nigarançılığına və onların təşvişinə səbəb olub.
Bu xəbər oxucular tərəfindən 629 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed