Şrift:
Nadir Qazipur: Fəhlələrin bir aylıq maaşı bəzi cənabların bir günlük xərcinə bərabərdir
29.04.2016 [12:31] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmu əhalisinin İran parlamentindəki millət vəkili fəhlələrin acınacaqlı vəziyyətinə etiraz edib.
“Fəhlələrin birinci problemi maaş məsələsidir. Onlar üçün nəzərdə tutulan aylıq maaş 812 min tüməndir, bu isə bəzi cənabların bir günlük xərcinə bərabərdir”. Bu sözləri Nadir Qazipur “Nedaye Urmiyə” saytının müxbiri ilə danışıqda bildirib.

O təəssüf hissi ilə qeyd edib ki, “4 nəfərlik bir ailə səhiyyə, ev və məktəb kimi ehtiyaclarını bu maaşla necə təmin edə bilər?!. Şirkətlərin hər bir layihə üçün aldığı məbləğin sadəcə üçdə biri fəhlələrə verilir, bəs görəsən bu məbləğin qalan hissəsi hara xərclənir? Aydın məsələdir ki, bu pul vasitələr və rüşvətxorlara çatır!”

Millət vəkili fəhlələrin siğorta məsələsi və onlarla şirkətlər arasında imzalanan formal müqavilələri də fəhlələrə qarşı növbəti haqsızlıq adlandırıb. O bildirib ki, bütün bunları həll etmək mümkündür. Bunun üçün qanunları riayət etmək lazımdır. Qanunda hər şey dəqiq olaraq müəyyənləşdirilib.
Bu xəbər oxucular tərəfindən 618 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed