Şrift:
Alyans sədri: Ermənistan hərbçiləri ikinci Xocalı soyqırımını törətməkdə maraqlı görünürlər
30.04.2016 [11:34] - Gündəm, Hərb, Qərbi Azərbaycan-İrəvan
Erməni hərbçilərinin son günlər cəbhə ərazisində yerləşən mülki şəxslərə qarşı vandal hərəkətləri onu göstərir ki, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazisində olması regional təhlükəsizliyə təhdiddir. Bunu cəbhə bölgəsində dağılmış evlərə və yaralanan şəxslərə baş çəkən Azərbaycan-Ukrayna Beynəlxalq Alyansın sədri Elmar Məmmədov deyib.

E.Məmmədov deyib ki, cəbhə xəttində gördüyü mənzərə Ermənistan hərbçilərinin birbaşa Azərbaycanın mülki şəxslərini hədəfə götürdüyünü sübut edir: "Ermənistan müharibə qanunlarından belə kənar cinayətlərə yol verir. Düşünürəm ki, Ermənistan hərbçiləri ikinci Xocalı soyqırımını törətməkdə maraqlı görünürlər. Hesab edirəm ki, beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupu həmsədrləri Ermənistan hərbçilərinin əməllərinə reaksiya verməli və bu təcavüzü pisləməlidir".

Alyans sədrinin sözlərinə görə, cəbhə xəttində baş vermiş hadisələr bir daha sübut etdi ki, Azərbaycan problemi başqa vasitələrlə də həll edə bilər: "Azərbaycan həmişə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bəyan edib və bu gün də buna sadiqdir. Lakin, Ermənistan hərbçilərinin vəhşiliyi bu cür davam edərsə, Azərbaycan hərbçiləri adekvat addım atmağa məcbur olacaqlar".
Bu xəbər oxucular tərəfindən 886 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed