Şrift:
"Müstəqilliyimizin birinci 10 illiyində Türkiyədən başqa Azərbaycana heç kim əl uzatmaq istəmirdi".
20.02.2012 [09:07] - Mədəniyyət
"Turqut Özal BDU-ya gələndə iki kreslo tapa bilmədik"
"Müstəqilliyimizin birinci 10 illiyində Türkiyədən başqa Azərbaycana heç kim əl uzatmaq istəmirdi". Bunu Yeni Azərbaycan Partiyasının keçirdiyi "Milli təhsilimizin gələcəyi: Əsas hədəflər və vəzifələr" mövzusunda tədbirdə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov söyləyib. Abel Məhərrəmov Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi uğurlardan sonra müstəqilliyimizin ikinci onilliyində ölkəmizə təhsil və digər sahələrdə əksər inkişaf etmiş dövlətlərin əl uzatmağa başladığını bildirib: "Türkiyə prezidenti Turqut Özal Bakı Dövlət Universitetinə gəlmişdi, iki kreslo tapa bilmədik. Bir mağazadan müvəqqəti götürdük, mağaza sahibi dedi ki, kreslolara ləkə düşməsin. Biz o günlərdən gəlmişik".
Bu xəbər oxucular tərəfindən 1274 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed