Şrift:
İranda yaraqlı kürdlərlə silahlı qarşıdurmada ən azı 2 “Sepah”çı öldürülüb
06.05.2016 [10:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Mayın 4-də İranın Qərbi Azərbaycan əyalətinin İraq sərhədinə yaxın Sərdəşt şəhərində, yaraqlı kürdlərlə silahlı qarşıdurmada ən azı 2 “Sepah”çı öldürülüb, biri isə ağır yaralanıb.

İran mənbələrinin yaydığı məlumata görə, hadisə sübh saatlarında Sisər kəndi yaxınlığında baş verib və yoldan keçən “Sepah” çıların maşınına odlu silahlardan atəş açılıb. Nəticədə ən azı 2 “Sepah”çı öldürülüb, biri isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Bildirilir ki, qəfil hücumdan sonra “Sepah”çılarla müxalif kürdlərar arasında qarşıdurma yaranıb və iki tərəf arasındakı atışmalar axşam saatlarına qədər davam edib. Öldürülən “Sepah”çıların adları mediaya açıqlanmayıb.

İrandakı kürd mənbələrinin yaydığı məlumatda isə iddia edilir ki, baş vermiş silahlı qarşıdurmada 10 “Sepah”çı öldürülüb, 20-si isə yaralanıb. Kürd yaraqlılarının konkret hansı müxalif qrupunun üzvləri olduğu haqda məlumat yayılmayıb.
Bu xəbər oxucular tərəfindən 682 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed