Şrift:
Fərəc Quliyevin təşəbbüsü ilə Suraxanıda seçicilərlə növbəti məhəlli görüş keçirilib
06.05.2016 [10:48] - Xəbərlər, MDH, Fərəc Quliyev
Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin təşəbbüsü ilə Suraxanı rayonunda seçicilərlə məhəlli görüşlər keçirilir. Növbəti görüş Qaraçuxur qəsəbəsi “Şərq” yaşayış sahəsində keçirilib. Keçirilən məhəlli görüşdə yaşayış sahəsində və ətraf ərazilərdə olan infrastruktur problemlərlə maraqlanılıb, sakinlər dinlənilib və qeyd edilən nöqsanlara yerli baxış keçirilib.

Cavabdeh qurumlara müraciət etmək üçün sakinlərin narazılığına səbəb olan hallar qeydə alınıb.

Daha sonra sakinlərlə ümumi söhbət aparılıb. Söhbət əsnasında sakinlər son vaxtlar Ermənistanın acizanə aqressiv münasibət sərgiləməsinin səbəbləri ilə bağlı istənilən təxribatçı hala qarşı birgə mübarizə aparmaq, eyni zamanda milli maraqlar, dövlətçilik naminə birlik nümayiş etdirmək, bölücü və separatizmi yayan cərəyanlara uymamaq və onlara qarşı mübarizə aparmağa çağırılıblar.

Sakinlər də öz növbəsində millət vəkilinin onlara göstərdiyi bu diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, nöqsanların aradan qaldırılmasında köməklik edəcəyinə ümid etdiklərini bildiriblər və milli maraqlar naminə dövlət ətrafında sıx birləşdiklərini və istənilən təxribatın qarşısını almaqda əllərindən gələni etməyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, Fərəc Quliyevin təşəbbüsü ilə 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə hər həftə bir məhəllədə seçicilərlə məhəlli görüş keçirilir. Sakinlərlə söhbətlər aparılır və ərazilərdə sakinlərin narazılığına səbəb olan problemlər qeydə alınaraq, ümumiləşdirilib həlli üçün müvafiq qurumlara təqdim edilir.

Fərəc Quliyevin təşəbbüsü ilə Suraxanıda seçicilərlə növbəti məhəlli görüş keçirilib



MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 1480 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed