Şrift:
Bərdədə kitab bayramı keçirilib
09.05.2016 [13:37] - Gündəm
Bayram çərçivəsində müxtəlif mövzularda, o cümlədən Heydər Əliyevin həyat və fəaliyyətinə dair nəşrlər, Bərdənin tarixini əks etdirən sərgi, tarix-diyarşünaslıq muzeyinin eksponatları nümayiş olunub.

Tədbirdə rayonun mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Həvva Mirzəyeva, mədəniyyət və turizm şöbəsinin müdiri İlyas Hacıyev və başqaları çıxış edərək əlamətdar bayram münasibətilə kitabsevərlərə təbriklərini çatdırıblar. Çıxışlarda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, ölkəmizdə kitabxana sahəsinin inkişafına göstərilən dövlət qayğısından, bilik mənbəyi olan kitabın əhəmiyyətindən, onun insan şüuruna, cəmiyyətin tərəqqisinə müsbət təsirindən danışıblar.

Kitab bayramında məktəblilər ümummilli lider Heydər Əliyevə, kitaba, mütaliəyə, Vətənə dair şeirlər söyləyib, müxtəlif kompozisiya və səhnəciklər təqdim ediblər.
Bu xəbər oxucular tərəfindən 1182 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed