Şrift:
Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
16.05.2016 [00:08] - Gündəm, DAVAMın yazıları
Azərbaycan SSR EA aspiranturasında bizə ingilis dilindən dərs deyən müəllimlərdən biri də Bəhicə Xalid Səid qızı Məmmədova idi.
(Kafedra müdiri çox tələbkar və zəhmli olan alman dili mütəxəssisi Nəzakət xanım Ağazadə idi).

Məmmədova-Bəhicə xanımın ailə qurandan sonra qəbul etdiyi soyaddır.


Həyat yoldaşının adı yadımda qalmayıb, səhv etmirəmsə,rəhbər icra orqanlarında işləyirdi. O,Təhmasiblərlə qohum idi. Bu ailənin Mehmandarovlarla da qohumluğu var idi. Bunu mənə ümummilli liderimiz Heydər Əliyevin Leninqraddan Bakıya- ata yurdunda yaşamağa dəvət etdiyi ilk hərbi komissarımız Mehmandarovun oğlu qocaman gəmi mühəndisi İqor Mehmandarov demişdi.

İ.Mehmandarov bir neçə ildir ki, dünyadan köçüb. Həyat yoldaşı isə sağ-salamatdır.Qədirbəyov küçəsindəki 63 nömrəli binada yaşayır.
Bu ailə futbolçu İ.Ponomaryov və din xadimi A.Paşadadə ilə qonşu idi.
İqor Mehmandarov ilə tanəşlığımız 1980-ci illərin sonlarına təsadüf edir.Mən seçki komissiyasının sədri idim.Kömissiya leytenant Şmidt adına zavodun mədəniyyət sarayının birinci mərtəbəsində yerləşirdi.Komissiyanın sədri kimi seçicilər haqqında müəyyən məlumat toplaşışdım.Bu,hər şeydən əvvəl mətbuat üçün nəzərdə tutulmuşdu.Bura ilk dəfə səs verənlər, ərazinin adlı-sanlı adamları,ən yaşlı seçicilərin siyahısı və sair daxil idi.
Bir dəfə məntəqəyə "Bakı" qəzetinin əməkdaşı, yaxından tanıdığım Qüdrət Piriyev növbəti nömrəyə material hazırlamaq üçün gəlmişdi.(Mən bu qəzetin ştatdankənar müxbiri idim.Qdrəti yaxşı tanıyirdım.).Qüdrət seçicilərin siyahısına baxdı, birdən bir seçicinin adını bərkdən çəkdi: Mehmandarov İqor ...
Maraq bizi seçicinin ünvanına apardı/ Bəli,yanılmamışdıq.Bu,məşhur generalın oğlu idi. Sonralar İqor müəllimlə tanışlıq və dostluğumuz uzun müddət davam etdi.

Biz aspiranturada oxuyanda Bəhicə xanımın anası hələ sağ idi.Anası tez-tez xəstələndiyinə görə Bəhicə xanım bir-iki dərsi bizə evlərində keçmişdi. Evləri Səməd Vurğun küçəsi ilə Bakıxanov küçəsinin kəsişdiyi yerdə idi.

Bəhicə xanımın qızı musiqi dərslərinə də gedirdi.Yeri düşəndə ana qızının musiqi qabiliyyətini də tərifləməkdən çəkinmirdi.

Bəhicə xanım yaxşı müəllim idi.Tərcümənin üsul və prinsiplərini çox yaxşı bilirdi.

Artıq birinci tədris ilində Bəhicə xanımdan dərs alan aspirantlar ıingilis dilində öz ixtisaslarına aid dərslik və monaqrafiyaları yaxçı oxuyub,tərcümə edə bilirdilər.

Bəhicə müəllim hər bir aspiranta mehriban ana kimi qayğı göstərirdi. O, nə qədər mehriban olsa da,tədris məsələsində heç kəsə güzəştə getməzdi.

Bəhicə xanım dil öyrənməkdə müqayisəli üsullardan səmərəli istifadə edir, dünya dilçilərinin bu sahədəki yeniliklərindən istifadə edirdi.

Mən imtahandan - Nəzakət xanımın da iştirak etdiyi namizədlik minimumu imtahanından əla qiymət almışam.

O vaxt qayda belə idi ki, imthan qiyməti geniş müzakirədən sonra elan olunurdu. İmtahandan sonra akademiyanın birinci mərtəbəsindəki dəhlizdə nəticəni gözləyirdik.

10-15 dəqiqədən sonra qapı açıldı, Bəhicə xanım dəhlizə çıxdı, sevinclə mənə tərəf addımlayıb, sevinclə də dedi :"Nazim ,beş!"

İmtahanda məndən başqa beş alan olmamışdı.Əslində bu beş kafedra müdiri Nəzakət xanım Ağazadənin öz müəllim həmkarına - Bəhicə xanıma verdiyi beş idi.

O vaxtlar Nəzakət xanımdan beş almaq böyük hünər sayılırdı. İndiki doktorların və akademiklərin bir neçəsinin Nəzakət xanımın imtahanında tir-tir əsdikləri yəqin ki, hələ də özlərinin yadından çıxmayıb.

Sonralar Bəhicə xanım Kanadaya köçüb.Onun haqqında filologiya elmləri üzrə fəlsəfə doktoru Əsgər Quliyev, tədqiqatçı jurnalist (indi fililologiya elmləri üzrə fəlsfə doktorudur-N.N.) Azər Əbilovun maraqlı yazııları var.Bu yaxınlarda professor Buludxan Xəlilov da yazılanlara istinad edərək Xalid Səid Xöcayevin təhsili, türkoloji fəaliyyəti və ailəsi haqqında maraqlı yazı iilə mətbuatda çıxış etmişdir.

Mənim yaxşı tanıdığım Bəhicə xanım yaddaqalan müəllimlərdəndir.O, zəngin ailə tərviyəsi görmüş, zəngin dünyagörüşlü, zəngin əqidəli ziyalılardandır.
Belə insanların düşməni olmur,onların minlərlə pərəstişkarı və müəllimliyinə həsəd aparanları olur.


Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Respublika Prezidentinin Sərəncamı ilə keçirilən
ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi.

Bakı,
15.05.2016.
Bu xəbər oxucular tərəfindən 930 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed