Şrift:
MN: Erməni silahlı bölmələri cəbhədə atəşkəsi 13 dəfə pozub
25.05.2016 [10:11] - Gündəm, Hərb
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 13 dəfə pozub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Ermənistanın İcevan rayonunun Berkaber və Noyemberyan rayonunun Dovex kəndlərində yerləşən mövqelərdən Azərbaycan Respublikası Qazax rayonunun Quşçu Ayrım və Kəmərli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Bu xəbər oxucular tərəfindən 685 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed