Şrift:
Türkiyədə alpaqut döyüş sənəti üzrə seminar keçirilib
27.05.2016 [03:36] - Gündəm, İdman
Türkiyənin Bursa şəhərində alpaqut döyüş sənəti üzrə seminar keçirilib.

Seminarda döyüş növünün müəllifi, beynəlxalq dərəcəli idman ustası kutsan Vasif Namazov, həmçinin Bursa, Samsun, Tekirdağ və Ankaradan bir neçə məşqçi iştirak edib.

Seminarda Türkiyədə alpaqut federasiyasının yaranması məsələləri müzakirə edilib və qurumun təsis yığıncağının vaxtı təyin olunub.

Alpaqut türk xalqlarının qədim döyüş sənətlərindən götürülən və müasir elementlərlə zənginləşdirilən idman növüdür. Alpaqut sözünün mənası müqəddəs döyüşçü deməkdir.
Bu xəbər oxucular tərəfindən 764 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed