Şrift:
“Traxtur” Asiyanın ən çox tərəfdarı olan komandasıdır - Asiya Futbol Konfederasiyası
27.05.2016 [11:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol komandası Asiya qitəsinin ən çox tərəfdarı olan futbol komandası kimi tanınıb. Bu barədə Asiya Futbol Konfederasiyası (AFK) məlumat yayıb.
AFK mayın 24-də Təbrizin səhənd stadionunda “Traxtur”la Birləşmiş Ərəb Əmirliklərinin “Əlnəsr” komandaları arasında keçirilən qarşılaşmada 65100 nəfər tamaşaçı qeydə alıb. Bununla da “Traxtur” komandası ən çox tərəfdarı olan klub kimi 2016-cı il Asiya Çempionlar Liqası Oyunlarında tamaşaçı rekordunu sındırıb və tərəfdarların sayı baxımından birinci pillədə yer alıb.

Bu, “Traxtur” komandasının artıq təkcə İranda deyil, Asiya qistəsi və hətta dünya üzrə məşhur klublardan birinə çevrildiyinə göstərir.

Xatırladaq ki, mayın 24-də “Traxtur” Asiya Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə rəqibi “Əlnəsr” takımına 3:1 hesabı ilə qalib gəlib. Buna baxmayaraq “Traxtur” komandası səfər oyununda 4:1 hesabı ilə məğlub olduğuna görə Asiya Çempionlar Liqasının növbəti mərhələsinə vəsiqə qazana bilməyib.

Asiya Çempionlar Liqasının bu mövsümündə ən çox tamaşaçısı olan matçları:

*Azərbaycanın “Traxtur” komandası – Birləşmiş Ərəb Əmirliklərinin “Əlnəsr” komandası (65100 nəfər tamaşaçı)

*Çinin “Guangzhou” komandası – Yaponiyanın “Urawa Reds” komandası (48816 nəfər tamaşaçı)

*Çinin “Jiangsu” komandası – Yaponiyanın “FC Tokyo” komandası (45065 nəfər tamaşaçı)

* Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandası – Birləşmiş Ərəb Əmirliklərinin “Əlnəsr” komandası (39998 nəfər tamaşaçı)
Bu xəbər oxucular tərəfindən 635 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed