Şrift:
Moskvada iki azərbaycanlı odlu silahla qətlə yetirilib
06.10.2011 [14:20] - Köşə yazarları
Moskvanın cənubunda iki Azərbaycan vətəndaşı öldürülüb, bir soydaşımız isə yaralanıb.

Gecə saatlarında Varşava şosesində yerləşən kafelərdən birində dava düşüb. Naməlum şəxs odlu və yaxud travmatik silahdan bir neçə atəş açıb. Atəş nəticəsində üç nəfər yaralanıb, onlardan ikisi sonrada dünyasını dəyişib. Yaralını xəstəxanaya “Audi” markalı maşında gətiriblər. Yaralını gətirən naməlum şəxs onu xəstəxananın qarşısına ataraq naməlum istiqamətdə hərəkət edib. Hazırda həmin şəxsin axtarışı davam edir.
Bu xəbər oxucular tərəfindən 547 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed