Şrift:
Beynəlxalq Diaspor Mərkəzinin 27.05.2016-cı il tarixdə keçirdiyi konfrans iştirakçıları adından M Ü R A C İ Ə T
28.05.2016 [02:55] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Azərbaycan xalqı 200 ilə yaxındır ki, öz tarixi torpaqlarından didərgin salınır, onun həyatı düşünülmüş və planlı şəkildə deportasiya və soyqırımla müşayət edilməkdədir. Etnik yurd-yuvasından təmizlənmə, dədə-baba torpaqlarından qovulub çıxarılma prosesi özü də dövlət səviyyəsində edilmişdir. 60 il bundan əvvəl Sovetlər İttifaqının rəhbərliyi tərəfindən azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası da və 1988-ci ildən etibarən qısa bir zamanda 250 min həmvətənimizin doğma vətənlərindən vəhşicəsinə qovulması da xalqımıza qarşı törədilmiş ən böyük ədalətsizlik, tarixi cinayət olmuşdur. SSR-i Nazirlər Sovetinin 1947-ci il 10 mart 23 dekabr tarixli və 1948-ci il 10 mart tarixli qərarlarına hələ də hüquqi və siyasi qiymət verilməmişdir. Halbuki Krım tatarlarına və Ahıska türklərinə qarşı edilmiş bu ədalətsizliyin bərpa edilməsi üçün müəyyən addımlar atılmış, onların tarixi vətənlərinə qayıtmasına dünya birliyi öz təsirini göstərmişdir. Çox təəssüf ki, indi adına Ermənistan deyilən qədim Türk Yurdundan dövlət səviyyəsində sürgünə məruz qalmış xalqımızın taleyinə biganə münasibət davam edir. Bu azmış kimi 1988-ci ildə xalqımız son nəfəsinə qədər öz doğma yurdunu tərk etməyə məcbur edilmişdir. Vaxtilə əhalisinin böyük əksəriyyətinin Azərbaycan Türkləri təşkil edən indiki Ermənistan Respublikasında bir nəfər də olsun azərbaycanlı qalmamışdır. Ermənistan deyilən dövlət tərəfindən Azərbaycan türklərinin hüqüqları pozulmuş, ləyaqətləri alçaldılmış və təhqir edilmişdir. Ölümlərlə, qan və faciələrlə müşaiyyət olunan bu ayrıseçkilik, şantaj, şovinizm, rasizim və annensiya siyasəti Ermənistanın rəsmi dövlət siyasətinin tərkib hissəsi olmuşdur. 1990-1993-cu illərdə Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğalı da bu siyasətin tərkib hissəsidir.
Biz Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 1997-ci il tarixli “1848-53-cü illərdə azərbaycanlılarının Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında” və 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanlarını əsas götürərək bütün ictimaiyyətimizi, xalqımızın vətənpərvər insanlarını, siyasət və elm adamlarını bu tarixi ədalətsizlikləri bərpa etmək üçün mübarizəyə səsləyirik.
Biz öz tarixi torpaqlarımıza qayıtmaq üçün dünyanın beynəlxalq qurumlar qarşısında məsələ qaldırmalı, bu hadisələrə hüquqi-siyasi qiymət verilməsinə nail olmalıyıq. Ermənistanköklü azərbaycanlıların icma, cəmiyyət və qurumlarının bir vahid mərkəzdə birləşməsinin vaxtı çatmışdır. Biz Qərbi Azərbaycanın Mühacir hökumətinin, Mühacir Parlamentinin və ona müvafiq qurumların yaradılması ideyasını gerçəkləşdirməyə çağırırıq. Dağlıq Qarabağda ermənilərə hansı status veriləcəksə, biz Qərbi Azərbaycanlılar da həmin statusu götürməlidir.
Beynəlxalq Diaspora Mərkəzi xalqımızı Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqlarının və tarixi ədalətsizliyin bərpası uğrunda mübarizədə daha da sıx birləşməyə səsləyir. Biz mütləq öz doğma torpaqlarımıza qayıdacağıq!


Bakı şəhəri
Bu xəbər oxucular tərəfindən 1291 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed