Şrift:
Əfqanıstanda üç gürcü hərbiçi həlak olub
22.02.2012 [12:57] - Gündəm
Əfqanıstanda üç gürcü hərbiçi həlak olub. Bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.
Əfqanıstanda sülhyaratma missiyasını yerinə yetirdikləri zaman kaprallar Valiko Beraya, Ruslan Meladze və Paaça Kaçarava həlak olublar.
Onlar taliblərin hücumu zamanı döyüş tapşırığını yerinə yetirərkən həlak olublar.
Həlak olan hər üç hərbiçi Gilmənd əyalətindəki 31-ci batalyonda Gürcüstan Silahlı Qüvvələrinin 3-cü briqadasında xidmət ediblər.
Bir neçə gün bundan əvvəl Gürcüstan Prezidenti Mixail Saakaşvili bazaya gələrək gürcü hərbiçilərlə görüşüb.
Hazırda Əfqanıstanda Gürcüstandan 900 hərbçi var. Lakin bu ilin payızından onların sayı 1 600 nəfərə çatdırılacaq.
Ümumilikdə, bu günədək Əfqanıstanda 15 nəfər gürcü hərbiçi həlak olub.
Bu xəbər oxucular tərəfindən 1129 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed