Şrift:
Göz xəstəliyindən əziyyət çəkən fəalın dərmanları zindana buraxılmayıb
31.05.2016 [09:55] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran zindanlarında azərbaycanlı fəalların hüquqları pozulmaqda davam edir.
Məlumata görə, Təbrizin mərkəzi zindanında məhbus həyatı yaşayan fəala, həkim tərəfindən yazılan dava-dərmanları çatdırmağa icazə verilmir. Son günlərdə məzuniyyətdən zindana qayıdan Murtaza Muradpur məzuniyyətdə olduğu zaman gözünü müalicə etmək məqsədi ilə həkimə müraciət edib, həkim isə xəstə üçün resept (nüsxə) yazıb. Lakin zindan məsulları həkim resepti olduğu halda zindana dərman keçirməyə icazə verməyiblər.

Bundan xəbər tutan fəalın yaxınları isə onun göz xəstəliyinin daha da şiddətlənəcəyindən nigaranlıq hissi keçirir.

Qeyd edək ki, bir ildən çoxdur Təbrizin mərkəzi zindanında məhbus həyatı yaşayan azərbaycanlı fəal, sözdə sistemin əleyhinə təbliğ və ölkənin təhlükəsizliyi əleyhinə sözləşmədə ittiham olunur.
Bu xəbər oxucular tərəfindən 695 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed