Şrift:
Cəbhədə atışma baş verib, Azərbaycan Ordusunun iki əsgəri şəhid olub
06.10.2011 [14:32] - Köşə yazarları
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atışma olub.

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atışma olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev APA-ya bildirib ki, dünən Ermənistan Silahlı Qüvvələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozub və intensiv atışmalar olub. Nəticədə Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfin həmləsini dəf edib və bir neçə düşmən zərərsizləşdirilib.

Atışma zamanı Azərbaycan tərəfi də itki verib. Belə ki, cəbhənin Tərtər və Tovuz rayonları istiqamətində ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri, 20 yaşlı Novruz Qaryağdı oğlu Əliyev və müddətdən artıq xidmət edən hərbi qulluqçu 22 yaşlı Süleyman Abbas oğlu Əsgərov şəhid olublar.

Qeyd edək ki, Ermənistan mətbuatı ötən gün 3 erməni əsgərinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulması barədə məlumat yayıb. Onlardan biri ölüb, ikisinin vəziyyəti isə ağırdır.

Hərbi mənbələrdən isə APA-ya bildirilib ki, ermənilərin itkisi daha çoxdur.
Bu xəbər oxucular tərəfindən 497 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed