Şrift:
Beynəlxalq Diaspor Mərkəzinin (BDM) yeni ofisində toplantı keçirilib.
04.06.2016 [09:18] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Beynəlxalq Diaspor Mərkəzinin (BDM) yeni ofisində Qərbi Azərbaycan Azadlıq Hərəkatının təşəbbüs qrupunun növbəti toplantısı keçirilib. Toplantıda hərəkatın formalaşdırılması ilə bağlı növbəti müzakirələr aparılıb. Qeyd edək ki, Qərbi Azərbaycan Azadlıq Hərəkatının təşəbbüs qrupu 27 may 2016-cı il tarixdə BDM-in İrəvanla bağlı keçirdiyi konfransda elan edilib. Toplantıda BDM sədri İsmayıl Ağayev, akademik Vəli Əliyev, BDM-in Avropa nümayəndəliyinin rəhbəri professor Azər Kərimov, Türkiyə Əsilsiz Erməni İddialarıyla Mübarizə Dərnəyinin (ASİM-DER) rəhbəri Göksəl Gülbəy, İstanbuldan Beynəlxalq İdeal Sülhün Təbliği Fondunun rəhbəri Əlikram Müzəffər, BDM sədrinin birinci müavini Samir Adıgözəlli, professor Rəşid Mahmudov, Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri, tədqiqatçı Əziz Ələkbərli, İnsan Haqqları Bürosunun eksperti Elşən Bayramov və digərləri hərəkatın formalaşması, ideya və prinsipləri ilə bağlı müzakirələr aparıblar. Toplantıda 2018-ci il İrəvanın verilməsinin 100 illiyinin tamam olması ilə bağlı silsilə tədbirlərin keçirilməsi, tarixi faktları özündə əks etdirən arayışların hazırlanması və aparılan araşdırmaların beynəlxalq ictimaiyyətə çatdırılması və fəaliyyətin qurulması müzakirə olunub.

BDM mətbuat xidməti
Bu xəbər oxucular tərəfindən 1071 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed