Şrift:
Milli Dram Teatrında “21:15 qatarı”
06.06.2016 [11:49] - Xəbərlər, Afişa
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında türkiyəli yazıçı-dramaturq Toyqun Orbayın pyesi əsasında hazırlanmış “21:15 qatarı” adlı tamaşa nümayiş olunub.

Teatrın mətbuat xidmətindən bildirilib ki, şair Dilsuz tərəfindən Azərbaycan dilinə tərcümə olunan səhnə əsərini Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov səhnələşdirib. Tamaşanın quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Tamaşada əsas rolları Xalq artistləri Hacı İsmayılov, Nurəddin Mehdixanlı, Əməkdar artistlər Sənubər İsgəndərova və Firuz Xudaverdiyev ifa ediblər. Xronometrajı 75 dəqiqə olan tamaşanın janrı bir hissəli mövcudluq oyunu kimi müəyyənləşdirilib.

Qeyd edək ki, T.Orbayın pyesləri dünyanın çoxsaylı teatrlarında tamaşaya qoyularaq böyük tamaşaçı auditoriyası qazanıb.
Bu xəbər oxucular tərəfindən 1091 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed