Şrift:
Milli mənəvi dəyərlərin təbliğində və radikalizmə qarşı mübarizədə din xadimlərinin rolu müzakirə olunub
07.06.2016 [09:27] - Gündəm, İslam dini
İyun ayının 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Sabirabad rayonu mərkəzi “Heydər məscidi” dini icmasında milli mənəvi dəyərlərimiz və müasirlik layihəsi çərçivəsində “Milli mənəvi dəyərlərin təbliğində və radikalizmə qarşı mübarizədə din xadimlərinin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Saleh Aslanov, DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, Sabirabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Mirzağa Hümbətov, Sabirabad rayonu mərkəzi “Heydər məscidi” dini icmasının sədr müavini Yusif Bağırov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Sabirabad və Saatlı rayonları üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, Sabirabad rayon mərkəzi “Heydər məscidi” dini icmasının üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.

DQİDK-nın mətbuat xidmətindən bildirilib ki, QMİ-nin Sabirabad və Saatlı rayonları üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov layihə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin əhəmiyyətindən söhbət açaraq, dövlətimizin başçısının dini icmalara dini maarifləndirmə və milli mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.

Daha sonra tədbirdə çıxış edən DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Saleh Aslanov dini radikalizm, dini ifratçılıq və dini ekstremist şəxslər və onlarla ənənəvi İslam dəyərlərini qorumaqla mübarizə aparılması barədə fikirlərini tədbir iştirakçılarına çatdırıb. O, dini radikalizmin fəsadlarından, gəncləri qeyri-ənənəvi dini cərəyanlar və dini ekstremistlərin təsirinə düşməkdən çəkindirməkdə dindarların və din xadimlərinin rolundan danışıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.
Bu xəbər oxucular tərəfindən 1035 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed