Şrift:
Məzahir Pənahov: Siyasi partiyaların fəaliyyəti şəffaf olmalıdır, xüsusilə də maliyyə sahəsində
07.06.2016 [11:00] - Gündəm, Siyasi partiyalar
"Siyasi partiyaların fəaliyyəti şəffaf olmalıdır. Çünki partiya hakimiyyət uğrunda mübarizə aparır. Hakimiyyət isə xalqın maraqlarına xidmət edir. Bu baxımdan siyasi partiyaların fəaliyyəti şəffaf olmalıdır, xüsusilə də maliyyə sahəsində".

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Mərkəzi Seçki Komissiyası və Avropa Şurasının birgə təşkilatçılığı ilə Avropa Şurası/Avropa İttifaqının "Azərbaycanda korrupsiya ilə mübarizə və onun qarşısının alınması sahəsində bacarıqların artırılması" layihəsi çərçivəsində "Siyasi partiyaların maliyyələşməsində şəffaflıq: Siyasi partiyaların maliyyə hesabatının təqdim edilməsi" mövzusunda seminarda çıxışı zaman deyib.

M.Pənahov bildirib ki, Azərbaycanda siyasi partiyaların fəaliyyəti müstəqillik qazandıqdan sonra başlayıb.

MSK sədri bildirib ki, Sovet dövründə bir partiyalılıq mövcud idisə, müstəqillik qazandıqdan sonra artıq ölkədə çoxpartiyalılıq prinsipi əsasında fəaliyyət başladı.

M.Pənahov bildirib ki, çox qısa müddətdə Azərbaycanda bu istiqamətdə fəaliyyət lazımi səviyyəyə yaxınlaşıb.

O qeyd edib ki, hazırda dövlət qeydiyyatına alınmış 55 siyasi partiya fəaliyyət göstərir: "MSK siyasi partiyalar ilə qarşılıqlı əlaqədə olan qurumdur. Siyasi partiyaların fəaliyyəti ciddi əhəmiyyət kəsb edən məsələdir".
Bu xəbər oxucular tərəfindən 1442 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed