Şrift:
İsmayıllıda Ramazan ayının gəlişi münasibətilə dindarlarla görüş
08.06.2016 [11:41] - Gündəm, İslam dini
İsmayıllı Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə rayon mərkəzindəki Cümə məscidində Ramazan ayının gəlişi münasibətilə dindarlarla görüş keçirilib.

Görüşdə rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural İbrahimov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Şahzadə Bilalov, dini icmaların sədrləri, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri açan M.Sadıqov dindarları və rayon sakinlərini müqəddəs Ramazan ayının gəlişi münasibətilə təbrik edib, ismayıllılıların xoş niyyət, səbir və dözüm, xeyirxah əməllər, əxlaqi kamillik ayının sınaqlarından şərəflə çıxacaqlarına əminliyini bildirib.

QMİ-nin səlahiyyətli nümayəndəsi, İsmayıllı şəhər Cümə məscidinin imamı Şahzadə Bilalov çıxış edərək, Ramazan ayında Qafqaz Müsəlmanları İdarəsi tərəfindən tövsiyə edilən namaz təqvimlərinə ciddi riayət olunmasının, dini ayin və mərasimlərin məscidlərdə keçirilməsinin zəruriliyini bildirib.

Çıxışlarda Ramazan ayında müsəlmanların qarşısında duran vəzifələrdən, dövlət və din münasibətlərindən, multikultural dəyərlərdən danışılıb.
Bu xəbər oxucular tərəfindən 757 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed