Şrift:
Türkiyə Ermənistanı 1915-ci il hadisələrini yenidən araşdırmağa çağırır
08.06.2016 [11:45] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ermənistan Türkiyənin 1915-ci il hadisələrini araşdırmaq üçün birgə komissiya yaratmaq haqqında çağırışına səs verməlidir. Bu barədə Türkiyə Prezidenti Administrasiyasından bildiriblər.

Administrasiyadan qeyd ediblər ki, Almaniya Türkiyə ilə birgə komissiyanın yaradılması məsələsi üzrə Ermənistana təzyiq göstərməli idi: "Türkiyə 1915-ci il hadisələrini araşdırmaq üçün bütün arxivlərini açdı. Əgər Ermənistanın arxivləri varsa, onları açmalıdır".

Administrasiyadan əlavə ediblər ki, 1915-ci il hadisələrini araşdırmaq üçün Ermənistanın birgə komissiyanın yaradılması ilə razlaşmaması heç bir "erməni soyqırımı"nın olmadığını göstərir.
Bu xəbər oxucular tərəfindən 1071 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed